"Çelsi"dən 85 milyonluq təklif

"Çelsi"dən 85 milyonluq təklif

PSJ-nin müdafiəçisi Markinyos bu ilin yayında "Çelsi"yə keçməyə yaxın olub.

Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" Paris təmsilçisinə 85 milyon avroluq təkliflə müraciət etsə də, rədd cavabı alıb.

Fransa klubunun rəhbərliyi braziliyalı mərkəz müdafiəçisinin satılmadığını bildirib.

İngiltərə təmsilçisinin baş məşqçisi Tomas Tuxelin PSJ-ni çalışdırdığı dönəmdə (2018-2020) rəhbərliyi altında oynamış 27 yaşlı Markinyosdan hələ də əl çəkmədiyi və "göylər"in qarşı tərəfə yayda yenidən müraciət etməyi planlaşdırdığı qeyd olunub.

Qeyd edək ki, Markinyos Paris klubuna 2013-cü ildə, 31,4 milyon avro qarşılığında "Roma"dan transfer edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər