“Çelsi”dən 27 milyonluq transfer

“Çelsi”dən 27 milyonluq transfer

“Çelsi” növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, "zadəganlar" “Renn”in yarımmüdafiəçisi Lesli Uqoçukvunu sıralarına cəlb edib.

Bu keçid London təmsilçisinə 27 milyon avroya başa gəlib. Gənc Lesli 7+1 illik müqaviləyə imza atıb.

“Renn”in öz yetirməsi olan 19 yaşlı Uqoçukvu 2021-ci ildən klubun əsas komandasında oynayıb. Fransanın U-19 yığmasına da çağırılan orta xətt oytunçusu "Renn" forması ilə meydana çıxdığı 60 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər