"Çelsi"də düzəlməli olan çox şey var" - Lempard

"Çelsi"də düzəlməli olan çox şey var" - Lempard

"Çelsi"nin baş məşqçisi Frenk Lempard Premyer Liqanın 34-cü turunda "Arsenal"la keçirilən oyundan (1:3) danışıb.

Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb: 

“Çelsi"də düzəldilməli olan çox şey var. "Arsenal" üç ildir qurulurdu. Onların ideyası var və onu necə həyata keçirəcəklərini bilirlər. 

Üç həftədir gəlmişəm və belə qısa müddətdə "Arsenal"dakı qədər iş görməyim qeyri-mümkündür”.

Qeyd edək ki, "Çelsi" Lempardın rəhbərliyi altında ardıcıl 6 məğlubiyyətlə üzləşib. Londonlular Premyer Liqada 12-ci pillədə qərarlaşıb. “Arsenal” isə liqaya liderlik edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər