"Çelsi" "Yuventus"un müdafiəçisinə "elçi" düşüb

"Çelsi" "Yuventus"un müdafiəçisinə "elçi" düşüb

"Çelsi" "Yuventus"un mərkəz müdafiəçisi Matteys de Liqti heyətinə cəlb etmək niyyətindədir. 

Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" nəşri yayıb. 

Bir müddət öncə hollandiyalı futbolçunun meneceri Mino Rayola Liqtin yeni klub axtarışında olduğunu bildirib. Müdafiə xəttini gücləndirməyi planlaşdıran London təmsilçisi isə 22 yaşlı oyunçunu transfer etmək fikrinə düşüb. 

"Çelsi"yə daha bir müdafiəçi gərəkdir. Çünki yayda Antoni Rudiqer, Sesar Aspilikueta və Tyaqo Silvanın klubu tərk edəcəyi gündəmdədir. 

Qeyd edək ki, De Liqt "Yuventus"a 2019-cu ilin yayında "Ayaks"dan 85,5 milyon avro qarşılığında keçib. Cari mövsüm holland müdafiəçi A Seriyasında 14 matça çıxıb və bir dəfə fərqlənib. Onun "Qoca senyora" ilə müqaviləsi 2024-cü ildə başa çatacaq. "Transfermarkt" Matteysə 70 milyon avro qiymət verir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər