"Çelsi" "Yuventus"un futbolçusuna elçi düşüb

"Çelsi" "Yuventus"un futbolçusuna elçi düşüb

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo karyerasını İngiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. 

Xəbərə görə, 27 yaşlı fransız futbolçu bu yay "Çelsi"yə keçə bilər. "Zadəganlar" Rabyo üçün 15-20 milyon avro ödəməyə hazırdır. 

İtaliya təmsilçisinin rəhbərliyi də bu keçidə müsbət yanaşır. 

Qeyd edək ki, Rabyo 2021-ci ildən "Yuventus"da çıxış edir. Onun "Goca sinyora" ilə müqaviləsi 2023-cü ildə başa çatır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər