"Çelsi" yeni transferini elan etdi

"Çelsi" yeni transferini elan etdi

"Çelsi" yeni transferini elan edib. 

Fanat.Az xəbər verir ki, London klubu "Leyptsiq"dən Kristofer Nkunkunu heyətinə cəlb edib. 

Məlumatı "zadəganlar"ın mətbuat xidməti yayıb. 

25 yaşlı fransalı yarımmüdafiəçinin müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. 

Qeyd edək ki, mətbuatda bu keçidin "Çelsi"yə 60 milyon avroya başa gəldiyini yazılır. 

Xatırladaq ki, Fransa millisinin üzvü 2019-cü ildən "Leyptsiq"də çıxış edib. 119 oyuna çıxan futbolçu 47 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər