"Çelsi" Tyaqo ilə bağlı qərar verdi

"Çelsi" Tyaqo ilə bağlı qərar verdi

"Çelsi" müdafiəçisi Tyaqo Silva ilə bağlı qərar qəbul edib. 

Fanat.Az xəbər verir ki, London klubu 38 yaşlı futbolçusu ilə müqaviləni yeniləmək niyyətindədir. 

Məlumatı "The Times" yayıb. 

Xəbərə görə, Tyaqo özü də yeni sözləşməyə qarşı deyil. O, 40 yaşına qədər "Çelsi"də çıxış etmək fikrindədir. 

Qeyd edək ki, Braziliya millisinin üzvü 2020-ci ildən İngiltərə klubunda çıxış edir. Bu müddətdə 100 oyuna çıxan müdafiəçi 5 dəfə fərqlənməyə də imkan tapıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər