"Çelsi" transfer rekordunu qırmalıdı - İngilis müdafiəçiyə görə

"Çelsi" transfer rekordunu qırmalıdı - İngilis müdafiəçiyə görə
"Lester" sərfəli təklif almayacağı təqdirdə, Ben Çiluelli satmayacaq.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, "Lester" Çiluellə keçən yay 87 milyon avro qarşılığında "Mançester Yunayted"ə satılan Harri Maquayrdan daha çox dəyər verdiklərini "Çelsi" rəhbərliyinin nəzərinə çatdırıb. Keçid reallaşsa, 23 yaşlı futbolçu tarixə ən bahalı müdafiəçi kimi düşə bilər.
Çiluell "Lester"in yetirməsidi və 2015-ci ildən əsas komandada çıxış edir. İngilis oyunçu cari mövsümdə Premyer Liqada 27 matçda forma şansı əldə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər