"Çelsi" ötən il heyətə qatmaq istədiyi Jül Kündedən əl çəkmir.
Fanat.Az "Football.london"a istinadən xəbər verir ki, "zadəganlar" bu yay "Sevilya"nın müdafiəçisini transfer etmək üçün indidən bütün əlaqələri işə salıb.
Mənbə London təmsilçisinin 3 müdafiəçisinin - Andreas Kristensen, Sesar Aspilikueta və Antonio Rüdigerin müqavilələrinin müddətinin məhz mövsümün sonunda başa çatacağını əsas gətirərək 23 yaşlı Kundenin tarsnferinin vacibliyini vurğulayıb.
İddiaya görə, baş məşqçi Tomas Tuxel klub bossları ilə son görüşü zamanı bu futbolçunun transferinə xüsusi yanaşmağı xahiş edib.