İngiltərə Premyer Liqası çərçivəsində "Çelsi" klubu "Aston Villa"nı qəbul edib. Görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb(3:0).
Fanat.Az xəbər verir ki, dünənki qələbə ilə "Çelsi" Premyer Liqada 600 qələbə qazanan ikinci klub olub.
1. Mançester United - 690 qalibiyyət 2. Çelsi - 600
Qeyd edək ki, üçüncü yeri "Arsenal" tutur (598). "Liverpul" 583 qələbə qazanıb. "Tottenhem" isə xeyli geridədir (483).
Emin Şəmsiyev