"Çelsi" Rüdigerə əvəzləyici tapdı

"Çelsi" Rüdigerə əvəzləyici tapdı

"Vilyarreal"ın müdafiəçisi Pau Torres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Razon" yayıb.

Mənbə 25 yaşlı ispanın xidmətində "Çelsi"nin maraqlı olduğunu bildirib. "Zadəganlar"ın Torresi mövsümün sonunda komandanı tərk edəcək Antonio Rüdigerin mövqeyində oynatmaq üçün transfer etmək istədiyi vurğulanıb.

Xəbərə görə, "Çelsi" "Mançester Siti" və "Mançester Yunayted"in də elçi düşdüyü Pauya daha sərfəli təklif göndərməyə hazırlaşır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər