"Çelsi"nin futbolçusu Temii Abraham (Tammy Abraham) karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Canluka Di Martsio məlumat yayıb.
Onun "Twitter" səhifəsində yazdığına görə, ingilis hücumçu "Roma"nın maraq dairəsindədir.
Xəbərə görə, artıq klublar arasında razılıq əldə olunub. Transferin baş tutacağı təqdirdə "Çelsi" 40 milyon avro qazanacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçuya "Arsenal"dan da təkliflər olub. Lakin "Çelsi" oyunçunu İngiltərə klubuna satmaq istəməyib.
Emin Şəmsiyev