"Çelsi" rədd edilsə də, kapitandan əl çəkmir - SON DURUM

"Çelsi" rədd edilsə də, kapitandan əl çəkmir - SON DURUM

Transfer çalışmalarını davam etdirən "Çelsi" heyətinə yeni dayaq yarımmüdafiəçisi qatmaqda maraqlıdır.

Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, "zadəganlar"ın əsas hədəfi "Vest Hem"in kapitanı Deklan Raysdır.

Mənbə "Çelsi"nin qarşı tərəfə rəsmi təklif göndərdiyini, lakin "çəkicdöyənlər"in rəhbərliyinin kapitanı satmaqdan imtina etdiyini açıqlayıb. Xəbərə görə, rədd cavabı alan "göylər" ümidini itirməyib və yaxın günlərdə "Vest Hem"ə yeni təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Rays futbolda ilk addımlarını "Çelsi"də atıb. O, "zadəganlar"ın sıralarını 15 yaşında tərk edərək indiki klubuna qoşulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər