"Çelsi" "Real"ın çempionluğundan 20 milyon qazandı

"Çelsi" "Real"ın çempionluğundan 20 milyon qazandı
"Çelsi" "Real"ın çempionluğundan pul qazanıb.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin Primyeranın sonuna bir tur qalmış qalibiyyətini rəsmiləşdirməsi Eden Azarı ötən yay sözügedən İspaniya nəhənginə satan "zadəganlar"ın büdcəsini zənginləşdirib.
Belə ki, belçikalı futbolçunun müqaviləsindəki bəndlərdən birinə əsasən "Real" çempion olacağı halda, qarşı tərəfin hesabına daha 20 milyon avro köçürməli idi.
Qeyd edək ki, "Çelsi" Azara görə daha öncə 91 milyon funt-sterlinq (100 milyon avro) almışdı.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər