"Çelsi" Pulişiçi aldığından 3 dəfə ucuz satır

"Çelsi" Pulişiçi aldığından 3 dəfə ucuz satır

"Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiç "Milan"a keçmək üçün maaşının azaldılmasına razı olub.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazetta dello Sport" yayıb.

Xəbərə görə, "zadəganlar" bu transfer üçün 20 milyon avro istəsələr də, İtaliya təmsilçisi qarşı tərəfə 15 milyon avro ödəməyi planlaşdırır. Mənbə tərəflər arasında bu yöndə danışıqların davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, "Çelsi" Pulişiçi 2019-cu ildə, 66 milyon avroya Dortmund "Borussiya"sından almışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər