"Çelsi" Osimhen üçün hərəkətə keçdi

"Çelsi" Osimhen üçün hərəkətə keçdi

"Çelsi" heyətinə yeni hücumçu almağı planlaşdırır. 

Fanat.Az xəbər verir ki, London təmsilçisi "Napoli"nin forvardı Viktor Osimheni transfer etmək niyyətindədir. 

"Football London" bildirir ki, "zadəganlar" 24 yaşlı nigeriyalı futbolçu üçün tezliklə İtaliya klubuna müraciət edəcək. "Çelsi" Osimhen üçün 100 milyon funt (116 milyon avro) ödəməyə hazırdır. 

Qeyd edək ki, Nigeriya millisinin üzvü 2020-ci ildən "Napoli"nin şərəfini qoruyur. O, Fransa "Lill"indən transfer edilib. 82 oyunda meydana çıxan forvard 49 qola imza atıb. 

Osimhen 2017-ci ildən yığmaya dəvət alır. 23 görüşdə millinin formasını geyinən futbolçu 15 dəfə fərqlənib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər