"Çelsi" Mourinyunu geri qaytarır

"Çelsi" Mourinyunu geri qaytarır

"Roma"nın baş məşqçisi Joze Mourinyunu "Çelsi"yə qayıda bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Xəbərə görə, Qrem Potteri istefaya göndərən klub rəhbərliyinin əsas namizədi sözügedən mütəxəssisdir və Londonda evi olan Mour özü "zadəganlar"ın "sükanı arxası"na keçməkdə maraqlıdır. Mənbə azarkeşlərin də böyük qisminin 60 yaşlı portuqaliyalı mütəxəssisin geri dönməsini arzuladığını vurğulayıb.

Qeyd edək ki, Mourinyu 2004-2007 və 2013-2015-ci illər aralığında "Çelsi"nin baş məşqçisi olub. Don Jozenin "Roma" ilə anlaşmasının müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər