"Çelsi" MLS-dən qapıçı transfer edir

"Çelsi" MLS-dən qapıçı transfer edir

London "Çelsi"si bu mövsüm MLS-in "New England Revolution" klubunda çıxış edən serbiyalı qapıçı Corc Petroviçi transfer edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi 23 yaşlı qolkiperə görə 16 milyon avro ödəyəcək. Baxmayaraq ki, "Transfermarkt"da qapıçının dəyəri xeyli aşağıdır - 3,5 milyon avro.

Petroviç bu mövsüm MLS-də 25 oyun keçirib, 29 qol buraxıb, 8 matçda isə qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, “Çelsi” ötən mövsüm komandada çıxış edən iki qapıçısı ilə vidalaşıb. Eduard Mendi "Əl Əhli" ilə anlaşaraq Səudiyyə Ərəbistanına yollanıb. Kepa Arrizabalaqa isə " Real Madrid"ə bir illik icarəyə verilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər