"Atletiko"nun qolkiperi Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, "Çelsi" Oblakı heyətinə qatmaq istəyir. "Zadəganlar" artıq sloveniyalı qapıçının meneceri ilə danışıqlara başlayıb. Direktor Marina Qranovskaya özü transferin üzərində çalışır.
Oblak 2019-20 mövsümündə 48 matçda meydana çıxıb və qapısında 36 qol görüb.
Qeyd edək ki, "Çelsi" Timo Verner və Hakim Ziyeş kimi futbolçuların transferlərini artıq həyata keçirib.
Fanat.Az