"Çelsi” rəhbərliyi koronavirus pandemiyası dönəmində futbolçularının əməkhaqqını kəsməyəcək.
Fanat.Az London təmsilçisinin saytına istinadən xəbər verir ki, klubun digər əməkdaşlarının da sayı azaldılmayacaq və maaşlarından pul tutulmayacaq.
Bütün işçilər iyunun 30-na qədər əvvəlcədən nəzərdə tutulmuş qaydada əməkhaqqı alacaq.
Çempionlar Liqasının 1/8 finalının cavab matçına - "Bavariya” -"Çelsi” görüşünə bilet alan tərədarların hərəsinə 430 dollar ödəniləcək. Çempionat matçlarına abunə olan azarkeşlərin pulları isə Premyer Liqanın qalan görüşləri baş tutmayacağı və ya azarkeşsiz oynanılacağı halda, geri qaytarılacaq.
Fanat.Az