"Çelsi" Kukurelyanı əsas rəqibinə verdi

"Çelsi" Kukurelyanı əsas rəqibinə verdi

"Çelsi"nin sol cinah müdafiəçisi Mark Kukurelya karyerasını İngiltərənin digər nəhəngində davam etdirəcək. 

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" oyunçunu icarəyə götürüb. 

Mənbənin məlumatına görə, tərəflər sövdələşmənin şərtlərini razılaşdırıblar. “Qırmızı şeytanlar” London təmsilçisinin futbolçusunun icarəsi üçün 5 milyon funt-sterlinq ödəyəcək.

Xatırladaq ki, Kukurelya 2022-ci ilin yayında “Brayton”dan “Çelsi”yə keçib. "Zadəganlar" onun üçün 50 milyon funt-sterlinqdən çox pul ödəyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər