"Çelsi" yarımmüdafiəçisi Nqolo Kante ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, London klubu futbolçunu komandada saxlamaq fikrindədir.
Məlumatı jurnalist Saymon Fillips yayıb. Onun sözlərinə görə, Kante özü də komandada qalmaq istəyir. Ancaq tərəflər arasında yeni sözləşmənin şərtləri hələ müzakirə olunmayıb.
Qeyd edək ki, 31 yaşlı fransalı futbolçunun "Çelsi" ilə müqaviləsi 2023-cü ilin iyun ayına kimi qüvvədədir.
Röya