İngiltərənin "Çelsi" klubu heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.
Fanat.Az "Football.London"a istinadən xəbər verir ki, "zadəganlar" "Milan"ın portuqaliyalı hücumçusu Rafael Leaunu heyətinə qatmaq üzrədir.

Xəbərə görə, tərəflər artıq danışıqlara başlayıb. Mənbə ingilislərin bu transferi yay transfer pəncərəsi bağlanana qədər reallaşdırmağı hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, Leau "Milan"a 2019-cu ildə "Lill"dən transfer olunub. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat