İngiltərə Premyer Liqa klubu "Çelsi" A Seriyası nəhəngi "İnter"ə xəbərdarlıq edib.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, londonlular Milan təmsilçisinə 5 günlük möhlət verib.
"Çelsi" qarşı tərəfdən bu müddətdə belçikalı hücumçu Romel Lukaku ilə müqaviləni tezliklə yekunlaşdırmağı tələb edib. Əks halda, futbolçu mövsümöncəsi məşqlərə başlayan və bazar ertəsi ABŞ-a səfər edəcək "mavilər"in düşərgəsinə qoşulmalıdır.
Lukaku Çempionlar Liqasının son finalçısında qalmaqda maraqlıdır. 23 yaşlı futbolçu son mövsümünü icarə əsasında “neradzurri”də keçirib.
"Çelsi" Lukaku üçün 40 milyon avro istəyir. "İnter" həmçinin, 30 milyon avro və əlavələr üçün müqaviləni nəzərdən keçirir.
Belçikalı son mövsümdə A Seriyasında 25 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa