"Çelsi" ilə razılaşmır, 4 Avropa nəhəngi gözləyir - SON DURUM

"Çelsi" ilə razılaşmır, 4 Avropa nəhəngi gözləyir - SON DURUM

"Çelsi"nin yarımmüdafiəçisi Meyson Maunt bu yay iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.

Xəbərə görə, futbolçu  "zadəganlar"la yeni müqavilə imzalamaq istəmir. Mənbə Meysonun uzunmüddətli anlaşma təklifi ilə razılaşmadığını, eləcə də London klubundan yüksək əməkhaqqı tələb etdiyini vurğulayıb.

Qeyd edək ki, Maunt "Liverpul", "Mançester Siti", "Mançester Yunayted" və "Yuventus" kimi Avropa nəhənglərinin transfer siyahısındadır. Sözügedən oyunçu bu mövsüm çıxdığı 21 çempionat matçında 3 qol vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər