"Mançester Yunayted"in cinah müdafiəçisi Lyuk Şou FA Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Çelsi" ilə oynanılacaq matçı buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə baş məşqçi Ule Qunnar Sulşer klubun mətbuat xidmətinə məlumat verib:
"Lyuk "Çelsi" ilə görüşdə oynaya bilməyəcək. Onun bərpa olmaq üçün kifayət qədər zamanı yox idi. Ümid edirəm ki, Brendon Uilyams matça yetişə biləcək. Gözündəki problemə baxmayaraq, o, komanda ilə birlikdə məşq edir".
"Mançester Yunayted" - "Çelsi" qarşılaşması 19 iyulda oynanılacaq.
Fanat.Az