"Çelsi"nin baş məşqçisi Tomas Tuxel "Zaltsburq"un 19 yaşlı hücumçusu Benjamin Seşkonun komandasına transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı futbol insayderi Fabritsio Romano yayıb.
Qeyd edək ki, "Mançester Yunayted" də onunla maraqlanır, lakin londonlular gənc forvardın keçidini həll etmək üçün xüsusilə canfəşanlıq göstərirlər.
Nüfuzlu "Transfermarkt" portalı Benjamin Seşkonun dəyərini 10 milyon avro qiymətləndirib.
Emin