"Çelsi" hücumçusu Timo Verneri sabiq klubuna - "Layptsiq"ə satmaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Almaniya təmsilçisinin bu keçidə görə "zadəganlar"a 30 milyon avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, "Çelsi" 2020-ci ilin iyulunda Verneri 63 milyon avroya məhz "Layptsiq"dən transfer edib.
Nihat