"Çelsi" dünya çempionu üçün rəsmi təklif göndərdi

"Çelsi" dünya çempionu üçün rəsmi təklif göndərdi

"Çelsi" PSJ-nin mərkəz müdafiəçisi Presnel Kimpembeni heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "zadəganlar" artıq Paris klubuna 47 milyon avroluq rəsmi təklif də göndərib.

Xəbərə görə, tərəflərin bir müddət öncə start verdiyi danışıqların uğurla başa çatmaq ehtimalı çoxdur. Mənbə Paris klubunun Kimpembeni satmağın əleyhinə olmadığını vurğulayıb.

Qeyd edək ki, PSJ-də oynadığı dönəmdə 6 dəfə Liqa 1 çempionluğunu bayram edən Kimpembe 2018-ci ildə Fransa millisi ilə dünya birinciliyinin qalibi adını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər