"Çelsi" bu yay aldığı futbolçunu geri qaytarır

"Çelsi" bu yay aldığı futbolçunu geri qaytarır

"Çelsi" yayda icarəyə götürdüyü yarımmüdafiəçi Denis Zakariyanı vaxtından əvvəl "Yuventus"a qaytaracaq.

Fanat.Az xəbər verir ki, məlumatı "90min" yayıb. 

Mənbənin iddiasına görə, London klubunun əvvəlki baş məşqçisi Tomas Tuxelin istəyi ilə "Çelsi"yə gələn futbolçu durumundan məmnun deyil. "Mavilər"in hazırkı baş məşqçisi Qrem Potter isveçrəli yarımmüdafiəçini sərəncamında görmək istəmir.

Zakariya keçən yay "Yuventus"dan bir illik icarə əsasında "Çelsi"yə keçib. O, "zadəganlar"ın heyətində hələ debüt etməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər