"Çelsi" yay "transfer pəncərəsi"ndə qapıçı mövqeyini gücləndirmək niyyətindədi.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Çelsi" "Barselona"nın qolkiperi Mark-Andre ter Şteqeni transfer etmək istəyir. "Zadəganlar" almaniyalı qarşılığında ödəniş etməklə yanaşı, Kepa Arrisabalaqanı da qarşı tərəfə göndərməyə hazırdı.
"Barsa" rəhbərliyi ter Şteqeni komandanın ən önəmli oyunçularından biri hesab edir. Bu səbəbdən "katalonlar" 28 yaşlı qapıçıya görə gələcək təklifləri dəyərləndirməyi planlaşdırmır.
Ter Şteqen 2019-20 mövsümündə La Liqada 12 oyunda qapısını toxunulmaz saxlaya bilib.
Fanat.Az