"Çelsi" azarkeşlərini şoka salacaq qərar verdi

"Çelsi" azarkeşlərini şoka salacaq qərar verdi

"Çelsi" baş məşqçisi Qrem Potter ilə bağlı qərar qəbul edib. 

Fanat.Az xəbər verir ki, klub mütəxəssisi istefaya göndərməyəcək.

Məlumatı "Daily Telegraph"ın jurnalisti Mett Lou yayıb. 

Onun sözlərinə görə, rəhbərlik mövsümün sonuna kimi Potterə güzəşt edəcək. Yeni mövsümdə isə Qrem komandada təmizlik işləri aparıb, lazımsız oyunçuları yollayıb, yeni heyət quracaq.  Onların fikrincə, baş məşqçisini yollamaq geriyə atılmış addım olacaq. 

Qeyd edək ki, "Çelsi" İPL-də 23 turdan sonra 31 xalla 10-cu pillədə qərarlaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər