Heyətini daha da gücləndirməyə çalışan "Çelsi" rəhbərliyi transfer çalışmalarına davam edir.
Fanat.Az "Sport bild"ə istinadən xəbər verir ki, "zadəganlar" Avropa çempionu Frederiko Kyezanı heyətinə cəlb etmək niyyətindədir.
Artıq London klubu 23 yaşlı futbolçu üçün "Yuventus"a müraciət edib. Ancaq Turin təmsilçisi yarımmüdafiəçini yalnız 100 milyon avro qarşılığında buraxacağını bildirib.
Qeyd edək ki, İtaliya millisinin üzvü son mövsüm A Seriyasında 33 matçda meydana çıxıb və 9 qolla yadda qalıb.
Emin Şəmsiyev