Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən “Tottenhem”i üstələməyi bacaran “Çelsi” həlledici matça vəsiqə qazanıb. Bir həftə öncə öz meydanında “Tottenhem”i 2:0 hesabı ilə yenən “zadəganlar” ikinci dueldə 1 qol vuraraq adını finala yazdırıb.
Digər finalçı “Liverpul”la “Arsenal” arasında keçiriləcək qarşılaşmalardan sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk görüş yanvarın 13-də “Liverpul”un meydanında baş tutacaq. Cavab görüşü isə ayın 20-də “Arsenal”ın stadionunda keçiriləcək. İngiltərə Liqa Kuboku Yarımfinal 12 yanvar Tottenhem – Çelsi 0:1 Qol: Rüdiger, 18.