Əfran "Bakı"dan gedir- ÖZƏL

Əfran "Bakı"dan gedir- ÖZƏL

“Bakı”dakı daxili gərginlik və Milinko Pantiçin rəhbərlik etdiyi komandanın Avroliqaya vəsiqə şansını azaltması futbolçulara da təsirsiz ötüşmür. Fanat.az-a etibarlı mənbədən verilən məlumata görə, Əfran İsmayılov da növbəti mövsümdən zolaqlı formanı geymək istəmir.

“Qarabağ”ı “Bakı”ya dəyişən futbolçu ölkəmizi avrokuboklarda təmsil edəcək iki komandayla danışıq aparır. O, həm “Qəbələ”də, həm də “Neftçi”də peyda ola bilər.

Xatırladaq ki, Əfran “şəhərlilər”lə anlaşmamışdan öncə “Neftçi”ylə şifahi razılığa gəlmişdi. Lakin sonradan “Qarabağ”da qalan və bir neçə ay səbr edən yarımmüdafiəçi daha yaxşı maddi şərtlər qarşılığında “Bakı”yla müqavilə imzaladı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər