Eden Hazar "Çelsi"yə qayıda bilər

Eden Hazar "Çelsi"yə qayıda bilər

"Real Madrid"in futbolçusu Eden Hazar qışda klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, 30 yaşlı belçikalı yarımmüdafiəçi karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

ESPN-in yaydığı məlumata görə, onun sabiq klubu "Çelsi", ya da "Nyukasl"a keçəcəyi gözlənilir. 

Hazarı satmaq niyyətində olan Madrid təmsilçisi artıq hər iki ingilis klubuna təklif göndərib. 

Qeyd edək ki, Eden Hazar 2012-2019-cu illərdə "Çelsi"də çıxış edib. "Real Madrid"ə elə bu klubdan keçib. Onun "Real Madrid"lə hazırki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər qüvvədədir.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər