Eddi İsrafilovun anası:"Damarlarında azərbaycanlı qanı axdığına görə..."

Eddi İsrafilovun anası:"Damarlarında azərbaycanlı qanı axdığına görə..."
“Eddinin atası Bakıda təhsil alan Anqola vətəndaşıydı. Onunla 1986-cı ildə tanış olmuşduq.Bildiyiniz kimi, o vaxt SSRİ-də Afrikadan xeyli sayda tələbə təhsil alırdı”. Bunu “Futbol+” qəzetinə verdiyi müsahibədə hazırda “Qranada”nın uğurları üçün tər tökən Eddi İsrafilovun anası İradə İsrafilova deyib.
Bu yay sequndanı primeraya dəyişən yarımmüdafiəçinin bakılı anası oyunçunun atasının kimliyinə də aydınlıq gətirib: “ Gələcək həyat yoldaşım o vaxt evimizin yanındakı Ali Dənizçilik Məktəbində təhsil alırdı. Hazırda ondan ayrılsam da, çox mədəni, işini bilən mühəndis olduğunu deməliyəm. SSRİ dağılmaq ərəfəsində olanda yoldaşımla Afrikaya, ordan isə Almeriyaya köçdük. Eddi 7 yaşından futbol məktəbinə gedib. Çox ailəcanlı və həssas oğlandı. Bəlkə də damarlarında azərbaycanlı qanı axdığına görə belədi. Axı bizim millətin kişiləri üçün ilk növbədə ailədi”.
İradə xanım millidə oynamaq üçün 500 min dollar istədiyi deyilən oğlunun yığmamızda oynayacağına ümid etdiyini söyləyib: “Avropada reallaşmayan məsələ haqda danışmaq düzgün qəbul olunmur. Onu da nəzərə alın ki, Eddinin agentinin razılığı olmadan mənim və oğlumun bu haqda danışmaq hüququm yoxdu. Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycan millisində İsrafilov soyadlı futbolçu olacaq. Vətənim Bakını çox sevirəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər