Dünya çempionu Azərbaycanda üzr istədi

Dünya çempionu Azərbaycanda üzr istədi
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib. 
Fanat.az xəbər verir ki, rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib. Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.
Vladimir Kramnik "Synergy Group"un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər