"Roma"nın yarımmüdafiəçisi Leandro Paredes "Barselona"nın futbolçusu ola bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Xəbərə görə, argentinalı Kataloniya klubuna təklif olunub. 30 yaşlı Paredesin romalılarla müqaviləsinin bitməsinə bir il qalıb ki, bu da "Barselona"ya maddi cəhətdən sərf edir - onu ucuz qiymətə alacaqlar.
Hərçənd, "Barselona" Leandrodan başqa, Amadou Onan və Mikel Merino ilə də maraqlanır.
Hazırda Argentina millisinin düşərgəsində olan, Amerika Kubokunda mübarizə aparan Paredes "Roma"nın heyətində son mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb və 3 qol vurub.
Mirağa