Dünya çempionatının estafeti Bakıya ötürüldü

Dünya çempionatının estafeti Bakıya ötürüldü

Meksikanın Qvadalaxara keçirilən dünya çempionatının bağlanış mərasimində Dünya Taekvondo Federasiyasının bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Fanat.Az xəbər verir ki, bayrağı ATF-nin vitse-prezidenti Nağı Səfərov qəbul edib. 

Beləliklə, mundialın estafeti Bakıya ötürülüb. Paytaxtımızdakı dünya çempionatının gələn ilin noyabr ayında təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, mundiala 8 nəfərlik heyətlə qatılan Azərbaycan millisi çıxışını bir bürünc medalla başa vurub. Yeganə mükafatı Cavad Ağayev (68 kq) qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər