"İnter"in Kosta Rikadan futbolçu transfer etməyə hazırlaşdığı barədə xəbər vermişdik. Artıq onun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Bakı klubu Dieqo Madriqalı heyətinə qatmağa hazırlaşır.
Bu barədə Kosta Rika mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, Məlumatda bildirilir ki, "bankirlər"in yeni futbolçusu ötən gün uğurla tibbi müayinədən keçib. 25 yaşlı pleymeyker iki illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Dieqo Madriqalın son iş yeri "Deportivo Saprissa" olub. O, 2012-ci ildən çıxış etdiyi klubda 31 oyun keçirib və 6 qol vurub. 25 yaşlı futbolçu əvvəllər Kosta Rikanın UCR (2008-2010, 36 oyun, 8 qol), "Herediano" (2010 və 2011-2012, 31 oyun, 2 qol), "Santos de Kuapiles" (2012, 14 oyun, 5 qol) və Paraqvayın "Kerro Portena" (2011, 7 oyun) klublarının formasını geyinib.
Martın 19-da 25 yaşını qeyd edəcək Madriqal 2009-cu ildə Kosta Rika U-20-si ilə Misirdə keçirilən dünya çempionatında iqtirak edib. Turnirdə 7 oyun keçirən "İnter"in yeni transferi yeganə qolunu qrup mərhələsində Avstraliyanın qapısına vurub. Komanda bu dünya çempionatında yarımfinala çıxıb və burda Braziliyaya uduzub.
2010-cu ildə Kosta Rika U-20-də 2 oyun keçirən Dieqo 2012-də 23 yaşadək futbolçulardan ibarət yığmaya dəvət alıb. Bu komandanın heyətində 4 oyuna çıxan pleymeyker 1 qola imza atıb.
Madriqal 2010-cu ildən Kosta Rikanın A millisinə dəvət alır. Argentina ilə 26 yanvarda baş tutan matçda debüt edən futbolçu indiyədək 11 oyuna çıxıb. O, ilk matçında millidəki yeganə qoluna imza atıb.
Fanat.az