Dörd qız cüdoçumuz Macarıstana gedəcək

Dörd qız cüdoçumuz Macarıstana gedəcək

16-17 iyulda Macarıstanın Paks şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 4 qız cüdoçu təmsil edəcək  52 kq-da Rita Əliyeva, 57 kq-da Səbinə Əliyeva və Lətifə Abbasova, 78 kq-da isə Nərmin Əmirli tatami üzərinə çıxacaq.

Qeyd edək ki, Avropa Kubokunda bu günədək 31 ölkədən 337 cüdoçunun iştirakı təsdiqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər