Dortmundlu Xulian Brandt İstanbul yolunda

Dortmundlu Xulian Brandt İstanbul yolunda

Türkiyə Super Liqasında çempionluq hədəfləyən "Beşiktaş" Avropa futbolunda səs gətirəcək bir transfer planını dövriyyəyə buraxıb.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" "Borussiya Dortmund" ilə müqaviləsi başa çatan almaniyalı ulduz Xulian Brandt ilə yaxından maraqlanır.

Bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçinin Dortmund klubunda komanda yoldaşı olmuş Salih Özcan ilə yaxın dostluğunun olması bu transfer prosesində İstanbul təmsilçisinin ən böyük üstünlüyü statusundadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər