Dmitri Kramarenko Azərbaycanda məktəb açacaq

Dmitri Kramarenko Azərbaycanda məktəb açacaq
"Qəbələ"nin qapıçılar üzrə sabiq məşqçisi Dmitri Kramarenko Azərbaycanda hazırlıq məktəbi açmaq istəyir. Veteran qolkiper "Report"a bildirib ki, bu barədə AFFA ilə danışıq aparacaq.
Hazırda Moskvada olan Kramarenko fevralın axırında Azərbaycana gələcək. Atası Sergey Kramarenkonun adına qapıçılar üçün hazırlıq məktəbi açmaq istəyən 41 yaşlı mütəxəssis Bakıya gəldiyində futbol federasiyası ilə bununla bağlı söhbət edəcək.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Neftçi", "Dinamo", "Alaniya", ÇSKA (Moskva, Rusiya), "Karvan", "Terek" (Rusiya), "Xəzər Lənkəran", "İnter", "Simurq" klublarının qapısını qoruyan Kramarenkonun məşqçi kimi sonuncu iş yeri "Qəbələ" olub. Yeni baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra o, komandadan ayrılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər