"Dinamo" "Çelsi"ni məğlub etdi, Mahir isə... - VİDEO

"Dinamo" "Çelsi"ni məğlub etdi, Mahir isə... - VİDEO

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiya "Dinamo Zaqreb"i Çempionlar Liqasının E qrupunda ilk oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Zaqreb təmsilçisi öz meydanında "Çelsi"ni qəbul edib.

Matç xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. 

Mahir Emrelı görüşü ehtiyat oyunçular skamyasından izləyib. 

Çempionlar Liqası

I tur

E qrupu

6 sentyabr

"Dinamo Zaqreb" (Xorvatiya) - "Çelsi" (İngiltərə) 1:0

Qol: Mislav Orşiç, 13

Baş hakim: İstvan Kovaçs (Rumıniya)

"Maksimir" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər