Dibala La Liqaya üz tutur - İki "elçi"si var

Dibala La Liqaya üz tutur - İki "elçi"si var

"Roma"nın və Argentina millisinin hücumçusu Paulo Dibala mövsümün sonunda İtaliya klubundan ayrıla bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. 

Mənbənin məlumatına görə, 30 yaşlı forvardın İspaniya çempionatında oynamaq variantı var. Dibalanın xidmətində La Liqanın iki aparıcı klubu maraqlıdır. Söhbət “Barselona” və “Atletiko”dan gedir. 

Paulonun Roma klubu ilə müqaviləsi gələn ilin ortalarına qədərdir. 

"Transfermarkt" onun dəyərini 25 milyon avro qiymətləndirir. 

Hücumçu A Seriyasının cari mövsümündə 16 oyun keçirib, 8 qol vurub və altı məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər