"Yuventus"un yarımmüdafiəçisi Anxel Di Maria karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Xəbərə görə, argentinalı futbolçu "Barselona"ya keçəcək. Yayda müqaviləsi başa çatacaq Di Maria Kataloniyaya azad agent qismində yollanacaq.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi 2022-ci ildən "Yuventus"da çıxış edir. O, 22 oyunda meydana çıxıb və 4 qola imza atıb.
Röya