Bolqarıstan çempionatının "Slaviya" - ÇSKA derbisində (2:3) azarkeşlər kifayət qədər qəribə vəziyyətin şahidi olublar.
Fanat.Az xəbər verir ki, Sofiya klubunun qapıçısı, 46 yaşlı Georgi Petkov rəqib futbolçu Kordi Keysedlə dueldən sonra zədələnib.
Meydan sahiblərinin qapıçısı ayağa qalxa bilmədiyi üçün meydana təcili yardım maşını girməli olub. Problem ondadır ki, onlar furqonun arxa qapısını açmaq, tibbi avadanlıqlarını götürmək üçün üçün xeyli tər tökməli olublar. Belə ki, avtomobilin qapısının kilidini uzun müddət açmaq mümkün olmayıb. Hətta futbolçular da həkimlərə kömək etməyə çalışıb. Sonda kilidi təpikləməkdən başqa qalmayıb və bu, işə yarayıb.
Petkov müayinəyə aparılıb və onunla hər şeyin qaydasında olduğu müəyyən edilib.
Yeri gəlmişkən, bu qarşılaşma öz kobudluğuna görə əsl derbi statusuna haqq qazandırıb. Belə ki, hakim oyun ərzində altı sarı və iki qırmızı vərəqə göstərib.
Mirağa