İtaliya yığmasının və “Yuventus” klubunun əfsanəvi oyunçusu, hazırda Hindistan çempionatının “Dehli Dinamos” klubunda çıxış edən Alessandro Del Pyero maraqlı aksiya ilə diqqət çəkib.
Fanat.az modern.az-a istinadən xəbər verir ki, noyabrın 9-da 40 illik yubileyini qeyd edən futbolçu onu sosial şəbəkələrdəki şəxsi hesabında təbrik edən çoxmilyonlu azarkeşlərinə dünyanın 100 dilində, o cümlədən azərbaycanca “təşəkkür” sözü yazılan plakatla cavab verib.
2004-cü il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 2002-ci il sentyabrın 9-da Bakının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərabcyan-İtaliya matçında forma geyən Del Pyero oyunun 65-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirərək millimizin qapısına qol vurub. Ümumilikdə, İtaliya yığmasında karyerası boyunca ulduz futbolçu rəqib qapılarına 27 dəfə yol tapıb.
Fanat.az