DÇ: Daha üç taekvondoçumuz medalsız qaldı

DÇ: Daha üç taekvondoçumuz medalsız qaldı

Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) ilə dueldən qalib ayrılsa da, Migel Treyosunun (Kolumbiya) müqavimətini qıra bilməyib.

87 kq-da yer alan Taleh Süleymanov Manuel Polleti (Belçika) yensə də, Maykl Rodrigeslə (ABŞ) bacarmayıb.

Qadınların yarışında isə Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb. 49 kq-da qüvvəsini sınayan idmançı 1/16 finalda Çina Murakamini (Yaponiya) yenib. O, 1/8 finalda Botagez Kapanovaya (Qazaxıstan) məğlub olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib. Mundial iyunun 4-də başa çatacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər